Dünya

Pakistan Milli Assambleyasının sabah buraxılacağı gözlənilir

Bugun.tv xəbər verir ki, Pakistanda bu il keçirilməsi planlaşdırılan ümumi seçkilərlə bağlı Milli Assambleyanın sabah buraxılacağı bildirilir.

Baş nazir Şahbaz Şərifin bu gün Milli Assambleyanın buraxılması ilə bağlı tövsiyəsini prezident Arif Alviyə göndərəcəyi gözlənilir.

Alvi Şərifin tövsiyəsini imzalasa, mandatı avqustun 12-də başa çatan Milli Məclis sabah buraxılacaq və bu il üçün nəzərdə tutulan ümumi seçkilərə zəmin hazırlayacaq.

Pakistan Konstitusiyasına görə, Milli Assambleya mandatının bitməsindən sonra buraxılarsa, növbəti 60 gün ərzində ümumi seçkilər keçirilməlidir.

Lakin Milli Məclis səlahiyyət müddəti başa çatmamış buraxılarsa, ümumi seçkilərin keçirilməsi üçün tələb olunan vaxt 90 günə qədər artır.

Sabah parlament buraxılarsa, 2023-cü ilin noyabrında müvəqqəti hökumət dövründə ümumi seçkilərin keçiriləcəyi gözlənilir.

Bununla belə, daxili işlər naziri Rana Sanaullah paytaxt İslamabadda verdiyi açıqlamada, seçki dairələrinin yeni siyahıyaalmaya əsasən, yenidən təşkil ediləcəyi təqdirdə Seçki Komissiyasının ümumi seçkiləri 2024-cü ilin fevral və ya mart ayına təxirə sala biləcəyini söylədi.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

JPMorgan, Visa və Mastercard müştərilərinin məlumatları kiberhücum zamanı ələ keçirilib

Aynur Camal

Trampın Çin səfərindən qayıdan jurnalistlərin telefonları xüsusi qoruyucu paketlərə qoyulub

Aynur Camal

Çəhrayı tualet kağızı ənənəsinin 60 illik tarixçəsi var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu