DünyaHadisə

Güclü yağışlar nəticəsində 2 nəfər öldü

Bugun.tv xəbər verir ki, “Haikui” tayfunu Çinin Honq-Konq şəhərində son 140 ilin ən güclü yağışına səbəb olub, 2 nəfər ölüb, 110 nəfər yaralanıb. 1952-ci ildən bəri ən güclü yağış Çinin Şençjen şəhərində qeydə alınıb. Küçə və prospektlər gölə çevrilərkən, nəqliyyat vasitələri sel sularında sürükləndi. Ticarət mərkəzləri, metro stansiyaları və yeraltı keçidləri su basıb. Metro xəttində xidmətlər dayandırılarkən, Honq Konq və Koulun bölgəsini birləşdirən tunel su altında qalıb. Qapalı qalanların sel sularının aparmamaq üçün daha yüksək yerlərə qalxmağa çalışdığı, bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətdə çətinlik çəkdiyi görülüb. Bu gün məktəblərdə tədris dayandırıldığı halda, iş yerləri bağlanıb. Honq Konq Meteoroloji Müşahidə Mərkəzi gecə ərzində yağan yağıntının miqdarını 158,1 millimetr olaraq açıqlayıb və bunun 1884-cü ildə qeydlər aparılmağa başladığından bəri ən yüksək yağış miqdarı olduğunu bildirib. Honq-Konq Xüsusi İnzibati Bölgəsi administrasiyasının müxtəlif departamentləri daşqınla mübarizə və daşqından zərər çəkmiş ərazilərdə yardım işləri aparmaq üçün hərəkətə keçib. Riskli ərazilərdə olanları yağışdan qorumaq üçün gecə saatlarında 12 müvəqqəti sığınacaq istifadəyə verilib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Ağ Ev yaxınlığında silahlı insident: şübhəli şəxs zərərsizləşdirildi

Aynur Camal

Rusiya Kiyevi ballistik raketlər və PUA-larla vurdu: ölən və yaralananlar var

Aynur Camal

Yaxın Şərqdə gərginlik artır, bölgədə yeni diplomatik və hərbi risklər gündəmdə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu