İdman

Başakşehir “İstanbulspor”u darmadağın etdi

Bugun.tv xəbər verir ki, Superliqanın 5-ci həftəsində “Başakşəhər” səfərdə “İstanbulspor”a 2:0 hesabı ilə qalib gəlib. İlk hissə qolsuz bitən qarşılaşmada Başakşehirə qələbə qazandıran qolları 52-ci dəqiqədə Dimitrios Pelkas, 90-cı dəqiqədə isə Joao Fiqeyredo vurub. Çağdaş Atanla yaxşı başlayan “Başakşehir” bu mövsüm ilk qollarını vuraraq, ilk qələbəsi ilə xallarını 3-ə yüksəldib. Fatih Tekkenin idarə etdiyi “İstanbulspor” isə 2 xalda qalıb. Super Liqada gələn həftə İstanbulspor səfərdə Qaziantep FK ilə qarşılaşacaq.

Ensonhaberin məlumatına görə, “Başakşəhər” “Qalatasaray”ı qəbul edəcək.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

FHN əməkdaşı DİN-in cüdo üzrə açıq çempionatının qalibi olub

Aynur Camal

Saatlılı taekvondoçu ölkə birinciliyində qızıl nəticə göstərdi

Aynur Camal

Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu