Baş xəbərHadisə

Fabrikdə yanğın oldu

Bugun.tv xəbər verir ki, Silivridə mebel fabrikində baş verən yanğın yanğınsöndürmə briqadalarının sıx müdaxiləsi ilə nəzarətə götürülüb. Yanğına 65 yanğınsöndürən maşını və 200-dən çox canlı qüvvə müdaxilə edib, 3 işçi xəstəxanaya yerləşdirilib. Səlimpaşa rayonunda fabrikdə naməlum səbəbdən yanğın baş verib. Yanğının yaratdığı güclü tüstü ətrafdan da görünürdü.

TRT Haber-in məlumatına görə, Tərkibində tez alışan ağac və kimyəvi maddələr olan fabrik yanğınına 65 yanğınsöndürən maşını, 20 su çəni və 200-dən çox canlı qüvvə cəlb olunub. Fabrikdəki işçilər yanğını görüb özbaşına çölə çıxarkən, tüstüdən təsirlənən 3 işçi sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb. Qrupların sıx müdaxiləsi nəticəsində yanğın nəzarətə götürülüb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Kağız və metal pul yox idi: Tarixin ən maraqlı 5 ödəniş vasitəsi

Aynur Camal

Hər söhbəti poza biləcək 10 mövzu açıqlandı

Aynur Camal

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu