24 C
Baku
30 Sentyabr 2026, 16:14
Baş xəbərHadisə

DEAŞ əməliyyatı: 13 nəfər saxlanıldı

Bugun.tv xəbər verir ki, İstanbulda terror təşkilatı DEAŞ-a qarşı keçirilən əməliyyatda 13 şübhəli saxlanılıb. Əməliyyat zamanı tutulan 6 qeyri-qanuni immiqrant deportasiya edilmək üçün İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib. İstanbul Polis İdarəsi Terrorla Mübarizə Qrupları terror təşkilatı DEAŞ-ın fəaliyyətinin aşkarlanması və qarşısının alınması üçün işlərə başlayıb.

TRT Haber-in məlumatına görə, texniki və fiziki izləmə nəticəsində təşkilatla əlaqəsi olduğu müəyyən edilən şübhəlilərə qarşı əməliyyat təşkil edilib.

10 rayonda 15 ünvanda eyni vaxtda reydlər keçirilib. 13 şübhəli saxlanılıb.

Əməliyyatın aparıldığı ünvanlarda tutulan 6 qeyri-qanuni mühacir deportasiya olunmaq üçün əyalət immiqrasiya idarəsinə təhvil verilib.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycanın xarici borcu ÜDM-in 5,6 faizini təşkil edir

Aynur Camal

Bakı Uşaq və Gənclər Teatrı Xankəndində-müharibənin 6-cı ildönümü qeyd olunub – FOTO

Aynur Camal

Vüqar Bayramov manatın məzənnəsi ilə bağlı gözləntilərini açıqlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu