26 C
Baku
26 Sentyabr 2026, 17:18
Baş xəbərDünya

Sudandakı vətəndaş müharibəsi Vad Mədəni şəhərində 300 min insanı didərgin saldı

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı Sudanda son vaxtlar qəfil artan qarşıdurmalarla əlaqədar Cəzirə əyalətinin Vad Mədəni şəhərində 300 min insanın didərgin düşdüyünü açıqlayıb.

Bugun.tv xəbər verir ki, bu barədə IOM tərəfindən edilən yazılı açıqlamada, son miqrasiya hərəkatının Sudanın ümumi köçkün əhalisinin 7,1 milyonu keçəcəyi və bu vəziyyətin “dünyanın ən böyük köçkünlük böhranı” olacağı ifadə edilib.

Açıqlamada Sudanda son vaxtlar qəfil artan qarşıdurmalarla birlikdə Vad Mədəni şəhərində 300 minə yaxın insanın didərgin düşdüyü vurğulanıb və 1,5 milyondan çox insanın münaqişə, ərzaq təhlükəsizliyi və digər səbəblərdən qonşu ölkələrə qaçdığı bildirilib.

Bəyanatda Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Emi Popun da fikirləri yer alıb. Buna uyğun olaraq, Papa deyib: “Bu, ölkənin onsuz da ciddi humanitar böhranını dərinləşdirən böyük miqyasda bir insan faciəsidir. Münaqişənin şiddətlənməsi və yerdəyişmələrin artması sülh yolu ilə həllin vacibliyini, atəşkəs ehtiyacını və daha böyük bir problemin qarşısını almaq üçün güclü reaksiyanın verilməsini vurğulayır”.

Kəmalə Sultan

Oxşar xəbərlər

Haaretz: Netanyahu hökuməti İsrailin ABŞ-dakı nüfuzuna zərər vurub

Aynur Camal

Papa XIV Leo: Texnologiya insanın xidmətində olmalıdır

Aynur Camal

Alimlər iki yeni qəribə dəniz hörümçəyi növü aşkarlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu