25 C
Baku
19 Sentyabr 2026, 13:22
Digər

Yaponiyada İmperator sarayında Yeni il tədbirləri zəlzələlər səbəbindən ləğv edildi

Yaponiya İmperator Evi Tokioda imperator Naruhito və imperator ailəsinin digər üzvlərinin iştirakı ilə yanvarın 2-də keçirilməli olduğu Yeni il tədbirlərini ləğv etmək qərarına gəlib.

Bugun.tv xəbər verir ki, müvafiq qərar Yeni il günü ölkədə baş vermiş silsilə güclü zəlzələlərlə bağlı vəziyyət nəzərə alınaraq qəbul edilib.

Hər il yanvarın 2-də on minlərlə yapon Tokionun mərkəzində yerləşən İmperator sarayına gəlir, burada imperator və monarxın ailəsinin digər üzvləri onları Yeni il münasibətilə təbrik edir. 2022-ci ildə bu mərasim üç ildə ilk dəfə keçirilib – əvvəlki illərdə koronavirusun yayılması ilə bağlı vəziyyətə görə ləğv edilmişdi.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu