11 C
Baku
8 Dekabr 2024, 10:22
Baş xəbərDünya

ABŞ-nin Suriyadakı iki bazasına hücum oldu

İraqın İslami Müqavimətinə aid silahlı şiə birləşmələri Suriyanın Deyr əz-Zor əyalətində Koniko qaz yatağı yaxınlığında ABŞ hərbi bazasını atəşə tutub.

Bugun.tv xəbər verir ki, “Şam FM” radiostansiyasının verdiyi məlumata görə, hərbi obyektə atəş raket sistemlərindən açılıb. Hücum zamanı bazada bir neçə partlayış baş verib.

Bundan əvvəl silahlılar Hasəkə əyalətinin cənubunda, Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən Əl-Şəddadidəki Amerika bazasına hücumda kamikadze pilotsuz uçan aparatdan istifadə ediblər. Pilotsuz təyyarənin hücumunun nəticələri barədə məlumat verilmir.

İraqda təhlükəsizlik mənbələrinin məlumatına görə, ABŞ-nin qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd hərbi bazası vurulub. Dekabrın 31-də İraqın hava hücumundan müdafiə sistemləri ABŞ-nin rəhbərlik etdiyi Qərb koalisiyasının qüvvələrinin istifadə etdiyi Ərbil vilayətində Harir aerodromunun üzərində pilotsuz uçan aparatı vurub.

Aynur Camal

Oxşar xəbərlər

Bu gün Tarixi abidələrin mühafizəsi günüdür

Aynur Camal

100 ilin ən güclü qarı: 4 nəfər ölüb

Aynur Camal

4 əsgər yaralandı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu