26 C
Baku
24 Sentyabr 2026, 12:49
Baş xəbərDünya

NASA Aya uçuş missiyasını təxirə saldı

ABŞ-ın Milli Aeronavtika və Astronavtika Agentliyi (NASA) 2025-ci ildə “Artemis II” missiyası ilə astronavtların Yerin təbii peykinə uçuşunu təxirə salıb. Bugun.tv xəbər verir ki, bu barədə Agentliyin baş icraçı direktoru Bill Nelson bildirib.

NASA-nın rəhbəri vurğulayıb ki, “Artemis II” missiyasında ən prioritet məsələ astronavtların təhlükəsizliyidir. O əlavə edib ki, Ayın səthinə uçuş 2026-cı ildə həyata keçirilə bilər.

Agentliyin açıqlamasında qeyd olunub ki, “Artemis II” astronavtların Ayın ətrafında uşusunu, növbəti – “Artemis III” missiyası isə onların Yerin təbii peykinin səthinə enməsini nəzərdə tutur. İkinci missiyada iştirak edəcək astronavtlar Ayın Cənub Qütbünə enəcəklər. Bu, 50 illik fasilədən sonra insanın Aya ilk uçuşu olacaq.

“Biz Ayın səthinə əvvəllər olmamış yolla enəcəyik, lakin ən mühüm məsələ missiyada iştirak edəcək astronavtların təhlükəsizliyi təmin etməkdir”, -deyə Bill Nelson vurğulayıb. O qeyd edib ki, “Artemis II” üşün ayrılan əlavə vaxtda kosmik gəminin batareyaları, elektrik sistemi və astronavtların rahatlığı ilə bağlı yeni nəsil avadanlıqlara xüsusi diqqət yetiriləcək.

Bugün TV

Oxşar xəbərlər

Şimali Kore nüvə silahlarından imtina etməyəcəyini açıqladı

Aynur Camal

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul etdi

Aynur Camal

AB qarşıdakı 10 ildə 50 min peykin buraxılacağını gözləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu