Mədəniyyət

Suğra Bağırzadənin doğum günüdür

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Əməkdar Artisti, rəssam, “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadənin doğum günüdür.
10 fevral 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarından incəsənətə böyük marağı olub.
Yaşadığı illər ərzində bir çox mükafatlara layiq görülüb.
1 avqust 2018- ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.
Bundan başqa türk dünyası beynəlxalq tədqiqatları Elmlər Akademiyası tərəfindən
“Fəxri doktor” adı, “Qızıl Ulduz” medalı, türk dünyasında 2015-ci ilin mədəniyyət adamı seçilib.
Ümumdünya Floristlər şurasının “Floristika sahəsində yeni professional istiqamətin yaradıcısı” sertifikatı, Sankt Peterburqda keçirilən və Peterhofun 300 illiyinə həsr edilmiş florist dizaynerlərin beynəlxalq sərgisində iştirakına görə ” Dost Peterhofa töhfə” fəxri fərmanı və diplomuna,BMT İctimai mükafatlar şurası qeyri hökumət təşkilatı tərəfindən
“Xidmət və Şərəf” və “Fayda,Şərəf və Şöhrət” ordenləri, “Leonardo Da Vinci” medalına layiq görülüb.
2023-cü ilin dekabr ayında
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiya tərəfindən, Dünya mədəniyyətinə verdiyi töhfələrə görə beynəlxalq medalla təltif edilmişdir.

Müxbir Aysel Azəri

Bugün TV

Oxşar xəbərlər

Aytac Hüseyinovadan yeni layihələr: “Bir Ümid” serialı və “Ev 47” filmi hazırlanır

Aynur Camal

Uşaqlar və yeniyetmələr üçün ən yaxşı yeni kitablar açıqlandı

Aynur Camal

“CineMastercard” da türk kriminal dramı “Çatlı” – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu