Image default
Dünya

Rusiya S-300 ilə hücum etdi! 

Ukraynanın Xarkov şəhərinin Saltovski rayonundakı xəstəxana S-300 olduğu güman edilən iki Rusiya raketi ilə hücuma məruz qalıb. Rusiya Ukraynanın Xarkov şəhərinin Saltovski rayonundakı xəstəxanaya S-300 olduğu ehtimal edilən iki raket hücumu həyata keçirib.

Rusiyanın raket hücumu zamanı xəstəxanada aktiv fəaliyyət göstərməyən tibb müəssisəsi binasına, qida bölməsinə və hücum zamanı 60 xəstə və 5 xəstəxana işçisinin qaldığı binaya ziyan dəyib.

Hücum zamanı xəstəxananın pəncərəsinin kənarında yatan və yaralanan 49 yaşlı qadına ilkin tibbi yardım göstərilib. Raketlərin bir hissəsi xəstəxananın bağçasında görünüb. Hücum nəticəsində xəstəxananın bağçasında böyük çuxur əmələ gəlib. Su borularının zədələnməsi nəticəsində yaranan çuxur su ilə dolub.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Mütəxəssislər isti havada susuz qalmamaq üçün əsas qaydaları açıqlayıblar

Aynur Camal

ABŞ-ın ilk Papası Müstəqillik Günü ərəfəsində Azadlıq Medalı ilə təltif olundu

Aynur Camal

Böyük Britaniyada xidmət sektoru son illərin ən zəif nəticəsini göstərib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu