Image default
Dünya

BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri açıqlandı

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri Baş Assambleyada səsvermə yolu ilə müəyyən edilib. Yunanıstan, Somali, Pakistan, Panama və Danimarka BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçilib.

Səsvermə yolu ilə BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri müəyyən edilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında səsvermə yolu ilə 2025-2026-cı illər üçün BMT Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri seçilib.

Səsvermədə Danimarka 184 səs, Panama 183 səs, Pakistan 182 səs, Yunanıstan 182 səs və Somali 179 səslə BMT Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri olub.

Səslərin üçdə ikisini alan sözügedən ölkələr Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrəni əvəz edəcək və 1 yanvar 2025-ci il və 31 dekabr 2026-cı il tarixləri arasında səlahiyyətlərinin icrasına başlayacaqlar.

BMT Təhlükəsizlik Şurasında Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ-ın daimi üzv olduğu 10 müvəqqəti üzv var, müvəqqəti üzvlərdən 5-i hər il seçki yolu ilə yenilənir.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

NYT: İran ABŞ-ın atəşkəs təklifini rədd etdi

Aynur Camal

BMT Baş katibi: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır

Aynur Camal

Təlim zamanı döyüş təyyarəsi qəzaya uğradı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu