Dünya

Neft emalı zavodunda yanğın baş verdi

İraqın şimalında yerləşən İraq Kürd Regional Rəhbərliyinin (KRQ) Ərbil şəhərində neft emalı zavodunda yanğın baş verib.

Ərbil-Guyer yolunda yanacaq paylama qurğusu və bitum anbarının da daxil olduğu neft emalı zavodunda axşam saatlarında güclü yanğın baş verib. Yaxınlıqdakı yanğınsöndürənlər yanğının yanacaq çənlərinə keçməsinin qarşısını almaq üçün müdaxilə edib. Bildirilib ki, hələlik səbəbi məlum olmayan yanğın yanğınsöndürənlər tərəfindən böyük səy nəticəsində söndürülüb.

Yanğında can itkisinin olmadığı, çox sayda yanacaq daşıyan maşının sürücülərinin canlarını qurtarmaq üçün hadisə yerini tərk etdiyi öyrənilib.

Yanğının səbəblərini öyrənmək üçün araşdırma başlansa da, Ərbil Mülki Müdafiə Müdirliyi hələlik yanğının səbəbi ilə bağlı açıqlama verməyib.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Kitablara “Süni intellektdən istifadə edilmədən hazırlanıb” etiketi vurulması təklif olunur

Aynur Camal

3 600 illik mumiyaların üzərində qədim pendir qalıqları aşkarlandı

Aynur Camal

Fillər milçəkləri qovmaq üçün budaqlardan istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu