25 C
Baku
18 Sentyabr 2026, 18:07
Dünya

Aralıq dənizində miqrant qayığı batıb: 10 miqrant həyatını itirib

Aralıq dənizində miqrant qayığının su ilə dolaraq batması nəticəsində baş verən qəzada 10 nəfər həyatını itirib, 51 nəfər isə xilas edilib.

Alman yardım təşkilatı RESQSHIP, Aralıq dənizində qayıqlarının su ilə dolması nəticəsində 10 immiqrantın həyatını itirdiyini açıqlayıb.

Təşkilat qayıqda olan 51 nəfərin xilas edildiyini bildirib.

Qeyd edilib ki, qəza Tunisin şərqindəki Sfaks limanı sahillərində baş verib.

Birləşmiş Millətlər Təşkilatı 2014-cü ildən bəri Mərkəzi Aralıq dənizində 20 mindən çox ölüm və itkin düşdüyünü bildirib.

Mənbə: İLKHA

Kəmalə Sultan

Oxşar xəbərlər

M.Əsədullazadə: Rusiya seçkilərdən sonra yeni hərbi kampaniyaya başlaya bilər

Aynur Camal

ABŞ kosmosda və Ay ətrafında mümkün döyüşlərə hazırlaşır

Aynur Camal

“Ölmək qadağandır!” Tayland baş nazirindən əcnəbilərə sərt xəbərdarlıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu