13 C
Baku
10 Aprel 2026, 22:36
Dünya

Ümumi seçkilərin iki ay müddətinə təxirə salınması təklifi qəbul edildi

Milli Məclisdə “Parlamentin buraxılması və noyabrda keçirilməsi nəzərdə tutulan ümumi seçkilərin iki aya qədər təxirə salınması” ilə bağlı prezident İlham Əliyevə müraciət edilməsi təklifi qəbul edilib.

Bu barədə Türkiyənin Haber Global saytı da məlumat verib.

Məlumata görə Milli Məclisdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 29-cu Konfransına ölkə ev sahibliyi edəcəyi üçün Yeni Azərbaycan Partiyasının “Parlamentin buraxılması və ümumi seçkilərin iki ay müddətinə irəli çəkilməsi” təklifi müzakirə edilib.

İclaslarda YAP-ın təklifi digər partiyalar və istiqlalçı deputatlar tərəfindən də dəstəklənib və “Parlamentin buraxılması və ümumi seçkilərin keçirilməsi ilə bağlı” prezident Əliyevə müraciət edilməsi qərara alınıb.

Mənbə: Haber Global

Kəmalə Sultan

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu