Dünya

İlk görüntülər İsmayıl Haniyənin öldürüldüyü yerdən gəlib

İranın paytaxtı Tehranda Həmas lideri İsmayıl Haniyə öldürülüb. İlk görüntülər Haniyənin öldürüldüyü yerdən gəlib.

İranın paytaxtı Tehranda gecə saatlarında HƏMAS lideri İsmayıl Haniyə sui-qəsd nəticəsində həyatını itirib. HƏMAS sui-qəsddən sonra verdiyi açıqlamada hücumun arxasında İsrail olduğunu bildirib.

Digər tərəfdən İran mediası HƏMAS lideri İsmayıl Haniyənin öldürüldüyü bölgədən ilk görüntüləri paylaşıb.

İşğalçı İsrail ordusu aprelin 10-da Qəzzanın qərbindəki Əş-Şati Qaçqınlar Düşərgəsində yaşayan İsmayıl Haniyənin ailəsi və yaxınlarının olduğu avtomobilə hücum edib.

Bu hücumda 3 oğlu və 4 nəvəsini itirən Haniyə “övladlarının Qəzzanı tərk etmədiyini, Qüds və Məscidül-Əqsanın azadlığı üçün canlarını fəda etdiklərini” deyib.

Mənbə: TGRT

Oxşar xəbərlər

Kitablara “Süni intellektdən istifadə edilmədən hazırlanıb” etiketi vurulması təklif olunur

Aynur Camal

3 600 illik mumiyaların üzərində qədim pendir qalıqları aşkarlandı

Aynur Camal

Fillər milçəkləri qovmaq üçün budaqlardan istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu