Dünya

Etiraz aksiyalarında 53 polis əməkdaşı bıçaqlandı

 İngiltərə uşaqları hədəf alan bıçaqlı hücumdan danışır.

İngiltərədə Southport şəhərində 3 uşağın ölümü ilə başlayan etirazlarda 53 polis yaralanıb, 100 nəfər saxlanılıb.

Southportda rəqs məktəbinə basqın edən 17 yaşlı şübhəli 3 qızın ölümünə səbəb olub, 9-u uşaq olmaqla 11 nəfəri ağır yaralayıb.

Hadisədən sonra başlayan etirazlarda etirazçılar təcavüzkarın müsəlman olduğunu iddia edərək məscidə hücum ediblər.

Polisin açıqlamasında deyilir: “Yaralanan 53 zabitdən 49-u Mersisayd polisi, dördü isə Lankaşir polisi olub. Onlardan səkkizi sınıq, kəsik, burun sınığı, beyin silkələnməsi kimi ağır xəsarətlər alıb və xəstəxanada müalicə olunub. Üç polis iti də yaralanıb” deyilir.

Britaniya Böyükşəhər Polis Təşkilatı (MET) etirazlarda iştirak edən 100 nəfərin saxlanıldığını açıqlayıb.

Mənbə:  EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Silah ehtiyatı həyəcanı: 50 milyard dollarlıq əlavə büdcə gündəmdə

Aynur Camal

Trampdan “İran” mesajı: “Biz hücum etməsəydik, onlar edəcəkdi”

Aynur Camal

İsrailin Livana hücumları nəticəsində azı 10 nəfər ölüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu