7 C
Baku
23 Fevral 2026, 21:51
Dünya

Avropa İttifaqı Ukraynaya 4,2 milyard avro yardım hazırlayır

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya 4,2 milyard avro yardım göndərilməsini təsdiqləyib. AB Şurası, Ukraynaya veriləcək ümumi 50 milyard avro maliyyə dəstəyi çərçivəsində ilk müntəzəm ödəniş qərarının üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqlayıb.

AB-nin Ukraynanın makro-maliyyə sabitliyi və dövlət idarəçiliyini fond ilə dəstəkləyəcəyi ifadə edilən açıqlamaya görə, Ukrayna maliyyə idarəçiliyi, dövlət müəssisələri, biznes kimi sahələrdə fonddan faydalanmaq üçün tələb olunan şərtləri və islahatları yerinə yetirib.

Açıqlamada Ukrayna Fondunun martın 1-dən qüvvəyə mindiyi və bu fondun ölkəyə 2024-2027-ci illər üçün qrant və kreditlərdən ibarət 50 milyard avroluq sabit maliyyələşdirməni nəzərdə tutduğu xatırladılıb.

Açıqlamaya görə, fond çərçivəsində körpü maliyyələşdirmə yolu ilə Ukraynaya 6 milyard avro yardım edilib, 1,89 milyard avro da ilkin maliyyələşdirmə olaraq ölkəyə göndərilib.

Mənbə:  TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ramazan qadağalarla başladı

Aynur Camal

Kim Jong Un yenidən Partiyasının lideri seçildi

Aynur Camal

Nüvə danışıqları Yenidən Cenevrədə davam edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu