Dünya

Silahlı şəxslər zirehli puldaşıyan avtomobili qarət etməyə cəhd etdilər

İtaliyanın cənubundakı Puliya bölgəsində təxminən 10 nəfərdən ibarət silahlı və maskalı qrup zirehli puldaşıyan avtomobili qarət etməyə çalışıb. Hücum edənlər yolu bağlamaq üçün iki avtomobili yandırıb, daha sonra partlayıcı və kəsici alətlərdən istifadə edərək zirehli avtomobilin pul bölməsini açmağa cəhd göstəriblər.

Bugun.tv xəbər verir ki, bu barədə “Ensonhaber” nəşri məlumat yayıb.

Hadisə səhər saatlarında Puliya bölgəsindəki Cerinyola və San Ferdinando di Puliya şəhərləri arasındakı 16 nömrəli avtomobil yolunda baş verib.

Məlumata görə, maskalı və silahlı şəxslər ehtimal ki, oğurlanmış iki avtomobili yolun ortasında yandıraraq hərəkəti dayandırıblar. Yaranmış maneədən istifadə edən hücumçular hərəkətdə olan zirehli puldaşıyan avtomobilin qarşısını kəsərək onu saxlamağa nail olublar.

Daha sonra cinayətkarlar avtomobildəki pulun saxlandığı bölməyə çatmaq üçün partlayıcı maddələrdən və kəsici alətlərdən istifadə ediblər. Onların seyfi açaraq pulu ələ keçirməyə çalışdıqları bildirilir.

Hadisədən sonra hücum edənlərin qaçış zamanı içərisində iki sərnişin olan avtobusu da saxlayaraq yolu bağlamağa məcbur etdikləri qeyd olunur.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Zirehli avtomobildəki pulun ələ keçirilib-keçirilmədiyi hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma davam edir. Hücum nəticəsində avtomobil yolunda nəqliyyatın hərəkətində uzun müddət fasilələr yaranıb.

Qeyd edək ki, Puliya bölgəsində son dövrlərdə zirehli puldaşıyan avtomobillərə qarşı oxşar hücumlar da qeydə alınıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Lavrov: Rusiya Ukraynada atəşkəslə bağlı Avropanın tələbini qəbul etməyəcək

Aynur Camal

Dronlarla çatdırılma xidmətləri genişləndirilir

Aynur Camal

Macarıstanda Viktor Orbanın qardaşı qanunsuz insan daşınması işi üzrə saxlanılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu