Dünya

Dronlarla çatdırılma xidmətləri genişləndirilir

“Amazon” şirkəti Böyük Britaniyanın Darlinqton şəhərində sifarişlərin pilotsuz uçuş aparatları vasitəsilə çatdırılması xidmətinin əhatə dairəsini genişləndirməyə hazırlaşır. Yeni plan həyata keçirildikdən sonra xidmətdən istifadə edə biləcək ev təsərrüfatlarının sayının 600-dən 8 minə çatdırılması nəzərdə tutulur.

Bugun.tv xəbər verir ki, bu barədə “The Independent” nəşri noyabrın 10-da məlumat yayıb.

Şirkətin planına əsasən, müştərilər sifariş etdikləri məhsulları bir saatdan az müddətdə pilotsuz uçuş aparatları vasitəsilə əldə edə biləcəklər. Bu üsul xüsusilə gündəlik tələbat mallarının daha sürətli çatdırılmasına imkan yaradacaq.

“Amazon” xidmətin genişləndirilməsi üçün Böyük Britaniyanın Mülki Aviasiya İdarəsindən müvafiq uçuş icazəsi və təhlükəsizlik təsdiqi alıb. Bu qərar şirkətə pilotsuz uçuş aparatlarının fəaliyyət zonasını genişləndirməyə şərait yaradır.

Qeyd edək ki, dronlarla çatdırılma xidməti elektron ticarət sahəsində sifarişlərin müştərilərə daha qısa müddətdə çatdırılması istiqamətində tətbiq olunan yeni texnologiyalardan biridir. “Amazon”un bu addımı Böyük Britaniyada belə xidmətlərin daha geniş yayılmasına şərait yarada bilər.

Mənbə: The Independent

Aynur Camal

Oxşar xəbərlər

Macarıstanda Viktor Orbanın qardaşı qanunsuz insan daşınması işi üzrə saxlanılıb

Aynur Camal

Arıqlama dərmanlarına artan maraq insulin təminatı üçün risk yarada bilər

Aynur Camal

“Fındıq yuxu siçanları”nın sayı son beş ildə artdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu