25 C
Baku
25 Sentyabr 2026, 12:01
Baş xəbər

Yük maşını bara çırpıldı: Ən azı 11 ölü, 40 yaralı!

Sürücü qaçdı, qəza olmaya bilər Dominikan Respublikasında səhər saatlarında yük maşınının bara çırpılması nəticəsində azı 11 nəfər ölüb. 40-dan çox insan yaralanıb, bəzilərinin vəziyyəti ağırdır.

Dünən səhər saatlarında Dominikan Respublikasında dəhşətli hadisə baş verib. Yük maşınının qismən açıq olan bara çırpılması nəticəsində azı 11 nəfərin öldüyü, 40-dan çox insanın yaralandığı bildirilib.

SÜRÜCÜ QAÇIB!

Associated Press-in məlumatına görə, qəza paytaxt Santo Dominqonun qərbində yerləşən Azua şəhərinin cənub icmasında baş verib. Polis sözçüsü Dieqo Pesqueira qurbanlardan birinin polis rəisi olduğunu bildirib.

Pesqueira bildirib ki, yük maşını sürücüsü hadisə yerindən qaçıb və onu tapmaq mümkün olmayıb. Onun sözlərinə görə, polis avokado daşıyan yük maşınında olan sərnişini həbs edib.

Səlahiyyətlilər ərazidəki kameraları araşdırsalar da, yük maşınının qəsdən, yoxsa təsadüfən bara dəydiyini müəyyən edə bilməyiblər. Milli Səhiyyə Xidmətinin sözçüsü Saira Castillo yaralıların əksəriyyətinin yaxınlıqdakı xəstəxanaya aparıldığını, onlardan dördünün vəziyyətinin ağır olduğunu bildirib. Xəsarət alanlar 17-45 yaş arası qadınlar, 18-55 yaş arası kişilərdir.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Yeni Dövlət Proqramı iş adamları üçün yeni imkanlar yaradacaq

Aynur Camal

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda 11-ci Ayurveda Gününü qeyd etmək məqsədilə festival təşkil etdi

Aynur Camal

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu