Baş xəbər

Prezident Sərəncam imzaladı

Bahar bayramı, Çuntsze bayramı, Azərbaycan-Çin münasibətləri, strateji tərəfdaşlıq, Prezident məktubu

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 1057 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. üçüncü–doqquzuncu abzaslar müvafiq olaraq dördüncü–onuncu abzaslar hesab edilsin;

1.2. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü”.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 sentyabr 2024-cü il

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

“Müstəqilliyimizi qorumaq və möhkəmləndirmək əsas vəzifəmizdir”

Aynur Camal

Ceyhun Məmmədov 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib

Aynur Camal

28 May – Azərbaycan xalqının istiqlal yolunun başlanğıcı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu