17 C
Baku
13 Oktyabr 2024, 5:22
Baş xəbərDünya

Kral Çarlz evinin bağçasında bar açdı

Taxta yüksəldikdən sonra xərçəng xəstəliyinə tutulmuş Kral III Çarlz Norfolkdakı şəxsi evi Sandringham House bağçasında bar açıb və öz içki markasını satmağa başlayıb. Kraliça II Yelizavetanın ölümündən illər sonra kral olmaq arzusuna çatan Çarlz Filipp Artur Corc taxt-taca çıxdıqdan qısa müddət sonra xərçəng xəstəliyinə tutuldu.

Dünya mətbuatı kral Çarlzın vəziyyətinin getdikcə pisləşdiyini və sarayda dəfn mərasiminə hazırlıqların başladığını iddia edirdi.

Dəfn mərasiminin planlaşdırıldığı iddia edilən Kral III Çarlzdan gözlənilməz addım gəlib.

Kral Çarlz İngiltərənin Norfolk şəhərindəki şəxsi evinin, Sandringham Evinin bağçasında müvəqqəti “cin barı” qurdu.

Bar kralın şəxsi brendi olan içkilərdən hazırlanmış xüsusi kokteyllərin satışına başlayıb.

Xüsusilə turistlər tərəfindən bəyənilən barda spirtli kokteyllərin qiyməti 293 lirəyə uyğun gələn 6,50 funt sterlinqdir.

Ölüm xəbəri gözlənildiyi bir vaxtda kral şərhçisi Qordon Rayner gözlənilməz hərəkəti ilə hər kəsi təəccübləndirən Kral Çarlz üçün maraqlı açıqlamalar verib.

Kral Çarlz hər axşam nahardan əvvəl spirtli kokteyl içməyi xoşlayırdı, Rayner deyib.

Kralın sevimli içkisinin bərabər miqdarda cin və quru vermutdan ibarət xüsusi kokteyl olduğu açıqlanıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Şirvan Şəhər Polisi tərəfindən 62 nəfər saxlanılıb

Nigar Məmmədova

İsveçrənin xarici işlər naziri “İsraili dəstəkləyən rəftarına” etiraz etdi

Aynur Camal

Əməkdar jurnalist Telli Pənahqızının hesabı oğurlandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu