Baş xəbərDünya

Adada daha bir turist ölümü: O, düşən daşın altında qaldı

Yunanıstanın Krit adasında daha bir bədbəxt turist ölümü baş verib.

Samariya Kanyonunda gəzintiyə çıxan turistin üzərinə daş düşüb və onu xilas etmək mümkün olmayıb. Bu yay Yunanıstan adalarında çoxlu turist ölüb. Gəzintiyə çıxan turistlər günlərlə axtarılır, bəzən üzücü xəbərlər gəlirdi. Nəhayət, bir turist Krit adasında gəzinti zamanı dünyasını dəyişib.

Krit adasındakı Samariya Kanyonunda gəzintiyə çıxan qadın turist üzərinə daş düşməsi nəticəsində dünyasını dəyişib. Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, turistlər Krit adasındakı Samariya Kanyonunda gəzintiyə çıxarkən güclü yağış başlayıb.

Yağışların torpaq strukturunu zəiflətməsi nəticəsində daş kanyondan qoparaq qadın turistin üzərinə düşüb.

Ağır xəsarət alan qadın aparıldığı xəstəxanada dünyasını dəyişib.

Digər tərəfdən, digər turistlərin də təhlükəsiz əraziyə aparıldığı qeyd edilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul etdi

Aynur Camal

AB qarşıdakı 10 ildə 50 min peykin buraxılacağını gözləyir

Aynur Camal

Britaniya Rusiyanın NATO-ya hücum planı barədə məlumatı olmadığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu