Baş xəbərDünya

Telegram geri addım atdı! İndi hər ikisini paylaşacaq

Telegram-ın baş direktoru Pavel Durov uzun müzakirələrdən sonra kompromis əldə edib. Artıq o, qaydaları pozan insanların İP ünvanlarını və telefonlarını səlahiyyətlilərlə paylaşacaq. Pavel ötən ay Fransada həbs edilib.

Qeyri-qanuni fəaliyyət, zorakılıq, cinsi istismar və terrorizm kimi sahələrdə paylaşımlara icazə verdiyinə görə mübahisələrin mərkəzində olan Telegram bundan sonra hakimiyyətlə əməkdaşlıq edəcək. Telegram-ın təsisçisi və Baş İcraçı Direktoru (CEO) Pavel Durov sorğuya əsasən IP ünvanlarını və telefon nömrələrini verə biləcəklərini açıqlayıb.

Telegram indi məxfilik siyasətində dəyişikliklər edəcək. Durov Telegram-da açıqlama verərək, ictimai kanalların və botların qeyri-qanuni hallar üçün istifadə oluna biləcəyini etiraf edib. Durov indi bu siyasət pozuntuları barədə səlahiyyətlilərə məlumat verəcəyini açıqlayıb. Durov bəyan edib ki, “pis niyyətli insanların platformadan öz məqsədləri üçün istifadə etməsinə icazə verilməyəcək”.

Durov avqustun 24-də Parisin Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb. 96 saatlıq həbsdən sonra avqustun 28-də məhkəmə onun 5 milyon avro girov və məhkəmə nəzarəti qarşılığında azadlığa buraxıldığını, həbs olunmadan mühakimə olunacağını və Fransa ərazisini tərk etməsinə qadağa qoyulduğunu açıqlayıb.

Fransada saxlandıqdan sonra sosial media hesabından verdiyi ilk açıqlamada Durov bu prosesi “təəccüblü” gördüyünü ifadə edərək, “Bir CEO-nu cinayətlərdə ittiham etmək üçün smartfondan əvvəlki dövrə aid qanunlardan istifadə etmək yanlış bir yanaşmadır” ifadəsini işlədib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanında iki hava limanına hücum: 3 nəfər ölüb, 36 nəfər yaralandı

Aynur Camal

ABŞ ordusuna İranla bağlı mümkün hücumlara hazır olmaq tapşırıldı

Aynur Camal

Alimlər tamamilə yeni saat növü hazırlayıblar: Zaman nüvə ilə ölçüləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu