Dünya

Alimlər tamamilə yeni saat növü hazırlayıblar: Zaman nüvə ilə ölçüləcək

Bugun.tv xəbər verir ki, alimlər zamanı işıqla atom nüvəsinin qarşılıqlı təsirini izləməklə ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın mövcud atom saatlarının dəqiqliyini geridə qoya biləcəyi və fundamental fizikanın bir sıra mühüm suallarının araşdırılmasına imkan verəcəyi bildirilir.

Atom saatlarından fərqli texnologiya

Artıq 70 ildən çoxdur ki, atom saatlarında elektronların enerji səviyyələri arasındakı keçidlər izlənilərək zaman ölçülür. Bu texnologiya GPS kimi mühüm sistemlərin inkişafına, eləcə də zamanın məkanın müxtəlif bölgələrində necə dəyişdiyini araşdıran təcrübələrə imkan yaradıb.

Yeni nüvə saatları isə elektronların deyil, işığın atom nüvəsi ilə qarşılıqlı təsirinin izlənməsi prinsipi ilə işləyir.

Atom nüvələri atomun özündən təxminən 100 min dəfə kiçik olduğundan xarici elektrik sahələrindən daha az təsirlənir. Bu xüsusiyyət nüvə saatlarının atom saatlarının işinə təsir göstərə bilən bəzi xarici amillərə qarşı daha dayanıqlı olmasına şərait yaradır.

Qaranlıq maddənin izinə düşmək mümkün olacaq

Tədqiqatçılar hesab edirlər ki, yeni texnologiya kainatın böyük hissəsini təşkil etdiyi düşünülən, lakin təbiəti hələ tam məlum olmayan qaranlıq maddənin araşdırılmasında da istifadə edilə bilər.

Nüvə saatlarının gələcəkdə fizikanın əsas qanunları ilə bağlı bəzi fundamental sualların cavablandırılmasına kömək edə biləcəyi bildirilir.

Bu texnologiyanın əsasında 2003-cü ildə irəli sürülmüş elmi təklif dayanır. Həmin təklifdə atom nüvələrinin son dərəcə dəqiq saatların hazırlanmasında istifadə edilə biləcəyi və xüsusilə torium-229 elementinin aşağı enerjili vəziyyəti səbəbindən nüvə keçidlərinin izlənməsi üçün əlverişli olduğu irəli sürülmüşdü.

Texnologiyanın qarşısında hələ çətinliklər var

Alimlər nüvə saatları ilə vaxt ölçməyə nail olsalar da, bu qurğular hələlik ən qabaqcıl atom saatları qədər sabit deyil. Tədqiqatçılar gələcəkdə daha güclü lazerlərdən istifadə etməklə bu problemin aradan qaldırıla biləcəyini düşünürlər.

Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunan iki ayrı elmi məqalədə təqdim edilib.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanında iki hava limanına hücum: 3 nəfər ölüb, 36 nəfər yaralandı

Aynur Camal

ABŞ ordusuna İranla bağlı mümkün hücumlara hazır olmaq tapşırıldı

Aynur Camal

2026-cı il Nobel Kimya Mükafatının qalibləri açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu