Baş xəbər

“Yaşıl dünya naminə həmrəylik ili”

 Bugun.tv-yə daxil olan məlumata görə, 1-2 noyabr tarixlərində Azərbaycan Milli Xalça Muzeyində məktəbəqədər uşaqlar və məktəblilər üçün ekologiya mövzusunda “Çiçəkli buta” əyləncəli proqramı təşkil olunacaq.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində muzeyin Uşaq şöbəsi tərəfindən keçirilən tədbirdə müxtəlif ustad dərsləri təqdim ediləcək. Bunlara kətan üzərində “yaşıl dünya” rəsm kompozisiyası və qurama texnikasında kollaj, eko yumşaq oyuncaqların, plastik qablardan dibçəklərin, yun və pambıq saplardan qolbaqların hazırlanması, eko çantaların boyanması və s. aiddir.

Proqrama həmçinin plastik qablardan hazırlanmış kuklaların iştirakı ilə “Məlikməmmədin nağılı” marionet teatr tamaşası və tematik ekskursiya daxildir.

Bilet – 15 AZN (2 ustad dərsi, tamaşa, tematik ekskursiya daxildir.)

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Ermənistanda seçki kampaniyası nifrət və qütbləşmə fonunda gedir

Aynur Camal

İlk inklüziv “Velomobil” beynəlxalq forumda böyük maraq doğurdu

Aynur Camal

Təbriz Məhərrəmoğlu: “Bu kitab türk dünyasının strateji yol xəritəsidir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu