Digər

Türkcə Yetərlik İmtahanına müraciətlər davam edir

Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı gənclər üçün Türkcə Yetərlik İmtahanına (TYS) müraciətlər başlayıb. Sənəd qəbulu 21 dekabr tarixinə qədər davam edir. İmtahanlar 2023-cü il 14 yanvar tarixində, Bakıda keçiriləcək”.

Bugun tv-yə bu barədə Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin direktoru Səlçuk Karakılıç danışıb. TYS ALTE (The Association of Language Testers in Europe) təsdiqini (Q-mark) alaraq türk dilinin ilk və yeganə beynəlxalq səviyyəli imtahanıdır.

Türk dilinin beynəlxalq səviyyədə tanınan standart testi olan TYS üç sessiyada keçirilir. 1-ci və 2-ci sessiya (oxuma, dinləmə, yazma), 3-cü sessiya isə (danışma) hər bir namizəd üçün ayrıca tətbiq edilir.

İmtahan 210 dəqiqə – 1-ci sessiya 135, 2-ci 60, 3-cü sessiya 15 dəqiqə davam edir. Müvəffəqiyyət qazanan namizədlərə topladıqları ballara uyğun olaraq B2 və Cl səviyyəsində Türkcə Yetərlik Sertifikatı verilir. TYS sertifikatı olan namizədlər Türkiyənin istənilən universitetində təhsil almaq hüququ qazandıqda türkcə hazırlıq mərhələsindən azad edilirlər.

Türk Yetərlik Sertifikatı iş müraciətlərində insanlara böyük üstünlük verir.

TYS haqqında ətraflı məlumatı baku.yee.org.tr və tys.yee.org.tr ünvanlarında tapa bilərsiniz.

Ətraflı məlumat əldə etmək üçün: http://tys.yee.org.tr səhifəsinə daxil ola bilərsiz.

Əlaqə nömrəsi: 012 440 31 05 (baku@yee.org.tr)

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu