Baş xəbərSosial

A.Əsgərli: “Baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almağa çalışırıq”

“Yaxın zamanlarda təqdim olunan siyahı ilə yanaşı, digər küçə və prospektlərdə daha təhlükəsiz hərəkət üçün sürət həddinin azaldılması nəzərdə tutulur”.

Bugun.tv xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polis idarəsinin baş inspektoru Araz Əsgərli bildirib. O, Bakı Nəqliyyat Agentliyinin bəzi yollarda sürət hədlərinin endiriləcəyi ilə bağlı yaydığı xəbərə aydınlıq gətirib.

“Paytaxtın müxtəlif küçə və prospektlərdə sürət həddinin aşağı salınması, yollarda hərəkətin daha təhlükəsiz təmin olunması üçün atılan zəruri addımlardan biridir. Bundan öncə yollarımızda baş verən nəqliyyat hadisələrinin, küçə və prospektlər, konkret nöqtələr üzrə günün saatları, həftənin günləri tam geniş formatda təhlil edildi. Sonra lazımi zəruri işlərin görülməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırıldı. Bu yollarda hərəkət sürətinin aşağı salınması da elə Dövlət Yol Polisinin təşəbbüsü ilə diqqətdən keçirilib. Yaxın zamanlarda təqdim olunan siyahı ilə yanaşı digər küçə və prospektlərdə daha təhlükəsiz hərəkət üçün, sürət həddinin azaldılması nəzərdə tutulur”.

A.Əsgərlinin sözlərinə görə, bu, yol nəqliyyat hadisələrinin əsas səbəblərindən biri olan sürət həddinin düzgün formada tənzimlənməsi üçün görülən işlərin bir hissəsidir. “Təhlillərin davamlı aparılması nəzərdə tutulur”,- BŞDYP-nin baş inspektoru əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu