Image default
İqtisadiyyat

Azərbaycanın ticarət tərəfdaşları arasında Rusiya 3-cü yerdədir

Cari  ilin yanvar-fevral aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi illik müqayisədə 87,8% artaraq 761,548 milyon dollar təşkil edib.

Bugun.tv xəbər verir ki, Rusiya hesabat dövründə Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub.

Bu iki ayda Azərbaycan məhsullarının Rusiyaya ixracı 195,935 milyon dollar (illiklə müqayisədə 59,3% artıb), Rusiyadan idxal isə 565,613 milyon dollar (illiklə müqayisədə iki dəfə artım) təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 23,9% artaraq 3,71 mlrd. olub.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Prezident İlham Əliyevin Almaniyaya səfəri iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır

Aynur Camal

Deputat Vüqar Bayramov: Qeyri-neft-qaz idxalının azalması valyuta axını baxımından müsbət tendensiyadır

Aynur Camal

Neftin qiyməti 90 dolları keçdi: ABŞ-İran qarşıdurması enerji bazarını yenidən sarsıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu