15.7 C
Baku
17 May 2025, 1:01
Baş xəbərDünya

AB Apple və Meta-nı cərimələdi

Aİ Komissiyası Apple və Meta şirkətlərinin Rəqəmsal Bazarlar Aktı ilə bağlı öhdəliklərini pozduqlarını və buna görə də cərimələndiyini açıqlayıb.

Xatırladaq ki, AB qaydalarına əsasən, tətbiqlərini Apple-ın App Store mağazası vasitəsilə yayan tərtibatçılar öz müştərilərini pulsuz məlumatlandırmalı və alternativ təkliflərə yönləndirməlidirlər və Apple buna icazə verməyərək öz öhdəliyinə əməl etməmişdir.

Açıqlamada, Apple-ın tətbiq etdiyi müxtəlif məhdudiyyətlərə görə proqram tərtibatçılarının App Store-dan başqa alternativ paylama kanallarından faydalana bilməyəcəyinə diqqət çəkilib.

Açıqlamada AB-nin Apple-a marşrutla bağlı texniki və kommersiya məhdudiyyətlərinin aradan qaldırılması üçün əmr göndərdiyi və Apple-ın qaydaları pozduğuna görə 500 milyon avro cərimələndiyi bildirilib.

Açıqlamada Meta-nın “ödəniş və ya razılıq” modeli ilə bağlı uyğunsuzluq qərarının verildiyi də bildirilir.

Böyük platformaların Aİ-nin rəqəmsal qaydalarına əsasən qapıçı kimi təsnif edildiyi və istifadəçilərin şəxsi məlumatlarının xidmətlər arasında birləşdirilməsi üçün onlardan razılıq almalarının tələb olunduğu xatırladılıb və razılıq verməyən istifadəçilərə ekvivalent, daha az fərdiləşdirilmiş alternativ xidmətin təklif edilməli olduğu vurğulanıb.

Açıqlamada Meta-nın 2023-cü ildə “ödəniş və ya razılıq” modelini təqdim etdiyi xatırladılıb və bu modeldə AB istifadəçilərindən Facebook və Instagram-dan reklamsız istifadə üçün aylıq abunə haqqı və ya məlumat birləşməsinə razılıq tələb olunub.

Açıqlamada AB Komissiyasının Metanın modelini qaydalara zidd tapdığı və şirkətin 200 milyon avro cərimələndiyi vurğulanıb.

Açıqlamada deyilir ki, “Apple” və “Meta” Komissiyanın qərarlarına əməl etməlidir, əks halda onlar müntəzəm cərimələrə məruz qala bilərlər.

2024-cü ildə qüvvəyə minən Rəqəmsal Xidmətlər Qanunu AB bazarında texnologiya şirkətləri üçün qaydaları sərtləşdirib.

AB keçən il Apple və Meta-nın Rəqəmsal Bazarlar Aktı altındakı qaydalara uyğun olub-olmaması ilə bağlı araşdırmaya başlayıb.

Bu qərarla AB Komissiyası ilk dəfə Rəqəmsal Bazarlar Aktı ilə bağlı qaydalara əməl edilməməsinə görə cərimə kəsib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Elnarə Akimova şəhidin ailəsini ziyarət etdi – FOTO

Aynur Camal

Almaniya sızdırılmış hərbi söhbətlərlə bağlı araşdırmanın tez nəticələrinə ümid edir

Aynur Camal

Silah və küllü miqdarda narkotik aşkarlandı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu