11 C
Baku
21 Aprel 2025, 2:44
Dünya

AB-nin Meta ilə bağlı araşdırması

Avropa Birliyi, Facebook və Instagram-ın sahibi Metaya qarşı platformalarında aldadıcı reklamlar və dezinformasiya ilə mübarizə kimi sahələrdə Birlik qaydalarına əməl edilmədiyi səbəbi ilə araşdırma başlatdı.

Avropa İttifaqı (Aİ) Komissiyası Meta-nın Aİ Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozub-pozulmadığını müəyyən etmək üçün rəsmi araşdırmaya başlanıldığını açıqlayıb.

“Şübhəli pozuntulara Meta-nın xidmətlərindəki aldadıcı reklam və siyasi məzmunla bağlı siyasət və təcrübələri daxildir”, – bəyanatda deyilir.

Açıqlamada Meta-nın qarşıdan gələn Avropa Parlamenti (AP) seçkiləri öncəsi effektiv seçki müşahidə sistemi qurmadığı vurğulanıb və şirkətin xidmətlərdə qeyri-qanuni məzmunu qeyd etmək və bildirmək mexanizmlərinin AB qaydalarına uyğun olmadığı qeyd edilib.

Aİ rəqəmsal platformalara qlobal dövriyyənin 6 faizinə qədər cərimə tətbiq edə bilər.

Bəyanatda bildirilib ki, komissiya əlavə məlumat və sübutların toplanmasına davam edəcək və bu mərhələdən sonra Meta bu sahələrdə gördüyü tədbirlər barədə məlumat verməlidir.

Aİ-nin qəbul etdiyi qanuna əsasən, əsas rəqəmsal platformalar ciddi qaydalara tabedir. Aİ qaydaları pozan rəqəmsal platformalara qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər.

AP seçkiləri 6-9 iyun 2024-cü il tarixlərində keçiriləcək.

Aİ rəqəmsal platformaların seçkilərdən əvvəl saxta xəbərlər və dezinformasiya ilə mübarizədə addımlar atacağını gözləyir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan-Şimali Makedoniya əlaqələri böyük perspektivə malikdir

Aynur Camal

“Süni intellektli ayı xəbərdarlığı sistemi” yaradıldı

Aynur Camal

Kosovo-Serbiya münaqişəsinin həlli axtarılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu