25 C
Baku
27 İyul 2024, 6:32
Baş xəbərDünya

Beyonsun qızı Hollivuda addımlayır

Dünyaca məşhur müğənni Beyonsun qızı Blu Ayvi aktyorluğa addımlayır. Kino tarixinin kult animasiya filmlərindən biri olan Kral Aslan əfsanəsi Mufasa: Kral Aslan filmi ilə davam edir.

Filmdə Nalanı “Queen B” kimi tanınan Beyons səsləndirəcək. Filmin heyətində Beyons və Cey Zinin böyük qızı Blu Ayvi Karter də yer alıb.

12 yaşlı Blu Ayvi filmdə Nala və Simbanın qızı Kiaranı səsləndirəcək. Filmin rejissoru Barry Jenkins Blue Ivy haqqında onun “çox peşəkar” olduğunu söylədi.

Mufasa: The Lion King Blue Ivy-nin film debütü olacaq.

Anasının Renaissance adlı dünya turunda rəqqasə olan Blu Ayvi ifası ilə bəyənilib.

Film Mufasanın gözlənilməz yüksəlişindən və qardaşı Skarla keçirdiyi uşaqlıqdan bəhs edir. Oskar mükafatı laureatı Barri Cenkinsin rejissoru olduğu film dekabrın 20-də ekranlara çıxacaq.

Mükafatlı bəstəkar və aktyor Lin-Manuel Miranda tərəfindən yazılmış filmin prodüserləri Mark Mancina və Mirandadır.

Filmdə Mufasa və Skarın uşaqlığını Aaron Pierre və Kelvin Harrison Jr canlandırır, yəni səsləndirəcək.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

2 nəfər qazdan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Bugün TV

Çinin xarici işlər naziri: “Biz Rusiya ilə çoxqütblü dünyanın formalaşmasına töhfə verməyə hazırıq”

Teymur Əziz

Çovğun səbəbiylə 2 çoban donmaqdan xilas edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu