Dünya

AB-yə girişdə yeni biometrik sistem sərhəddə kilometrlərlə növbə yaratdı

Bugun.tv xəbər verir ki, Avropa Birliyinin tətbiq etdiyi yeni biometrik giriş sistemi Yunanıstan ilə Şimali Makedoniya sərhədində ciddi sıxlığa səbəb olub.

Məlumata görə, Avropanın Giriş/Çıxış Sistemi (EES) tətbiq edildikdən sonra Yunanıstan ilə Şimali Makedoniya arasındakı Evzoni sərhəd-keçid məntəqəsində uzun avtomobil növbələri yaranıb.

Xüsusilə Şimali Makedoniya, Serbiya və Kosovo vətəndaşlarının sıx istifadə etdiyi sərhəd-keçid məntəqəsində gözləmə müddətinin əhəmiyyətli dərəcədə artdığı bildirilib.

Yeni qaydalara əsasən, AB vətəndaşı olmayan şəxslər, hətta vizasız rejimdən yararlansalar belə, Avropa Birliyi ölkələrinə ilk giriş zamanı barmaq izi təqdim etməli və biometrik üz skanından keçməlidirlər.

Aprelin 10-dan qüvvəyə minən sistemin sərhəd-keçid prosedurlarını uzatdığı və nəticədə kilometrlərlə avtomobil növbələrinin yarandığı qeyd olunur.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

İstilik dalğası güclənir: Bir çox ölkədə rekord temperatur qeydə alınıb

Aynur Camal

Qlobal iqtisadi yavaşlama riski artır, bazarlarda qeyri-müəyyənlik güclənir

Aynur Camal

Sürücüsüz avtobus ilk səfərində tramvayla toqquşdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu