16.6 C
Baku
18 May 2025, 4:32
Baş xəbərMədəniyyət

Abidənin acınacaqlı durumu ilə bağlı nazirə müraciət edildi

Tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev Qubanın Qrız kəndində yerləşən Əbu Müslüm məscidinin acınacaqlı durumu ilə bağlı Mədəniyyət naziri Adil Kərimliyə məktub ünvanlayıb.

Bugun.tv -nin məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab nazir! Bir müddətdir ki, duyarlı mediamızın sayəsində Əbu Müslüm məscidinin (Quba rayonu, Qrız kəndi; inşa tarixi: 748/749) son durumunu diqqətdə saxlayırıq. Bu abidə Azərbaycanın 3 ən qədim məscidindən biridir (Dərbənd Cümə məscidi (733/734) və Şamaxı Cümə məscidindən (743/744) sonra).

Diqqətinizə çatdırmaq istəyirəm ki, Əbu Müslüm məscidinin qarşısında tanıtım lövhəsi qoyulsa da, çox təəssüf ki, məscidin sadəcə divarları qalıb və dirəkləri isə uçub. Buna görə də tarixi məscidin bərpasına çox gərək var. Məscidin nəfis naxışlarla bəzədilmiş taxtaları isə kəndin ərazisi boyunca səpələnib.

Abidənin son durumu ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğluna, MM-in Elm və təhsil komitəsinin sədri Anar İsgəndərova, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafaya, eləcə də arxeoloqlarımıza və tarixçilərimizə müraciət edilib.

Hörmətli cənab nazir, bu məscidə dəfələrlə baxış keçirilib və təmirinin sadəcə “növbəti illərdə” nəzərdə tutulması barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən açıqlama verilib. Sizdən bir ricamız var: Dövlət Xidmətinin əməkdaşlarına xatırladın ki, abidə tez bir zamanda təmir edilməsə, təbii təsirlərdən dağılacaq. Yəni tarixi məscid tarixə dönə bilər. Sizdən xahiş edirik ki, bu abidənin bərpa məsələsini diqqətdə saxlayasınız”.

Aynur Camal

Oxşar xəbərlər

Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına təkan verəcək

Aynur Camal

Aİ Ukraynanın yenidən qurulması üçün 4,2 milyard avro göndərdi

Aynur Camal

Cins şalvarla necə daha maraqlı görünmək olar: stilistin məsləhətləri- VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu