Image default
Baş xəbərDünya

ABŞ əsgərləri İraqdan çəkilir! İmzalar atılacaq və bir dövr başa çatacaq

ABŞ və İraq arasında razılaşma tamamlandı. İraqın müdafiə naziri Sabit Abbasi amerikalı əsgərlərin 2 il ərzində ölkəni tərk edəcəyini açıqlayıb. Proses 2026-cı ildə başa çatacaq.

İraqdakı vəzifəsi orduya təlim verməklə məhdudlaşan təxminən 2500 ABŞ əsgəri ilə bağlı yekun qərar qəbul edilib. İraqın müdafiə naziri Sabit Abbasi ABŞ qoşunlarının 2 il ərzində geri çəkiləcəyini açıqlayıb.

Vaşinqtonla razılığa gəldiklərini ifadə edən Abbasi, “ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdakı missiyasını iki mərhələdə bitirmək üçün razılaşma əldə edildi. İlk geri çəkilmə mərhələsi bu il başlayacaq və 2025-ci ilə qədər davam edəcək. İkinci geri çəkilmə mərhələ 2026-cı ildə başa çatacaq” deyib.

Abbasi həmçinin qeyd edib ki, ABŞ Müdafiə Naziri Lloyd Austin iki illik müddətin geri çəkilmək üçün kifayət etmədiyinə inandığını və bir il əlavə edilməsini istəyib, lakin Bağdad bu müddəti 2 ildən çox uzatmaqdan imtina edib.

İraqın müdafiə naziri Abbasi əlavə edib ki, Vaşinqtonla geri çəkilmə sazişi yaxın günlərdə imzalanacaq.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Ermənistanın TRİPP layihəsini təsdiqləməsi Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm mərhələdir

Aynur Camal

Qənirə Paşayevanın Türkiyə sevgisini əks etdirən sözləri yenidən gündəmdə

Aynur Camal

Rusiya: Türkiyənin sülh səylərinə görə minnətdarıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu