27 C
Baku
10 İyun 2025, 11:00
Baş xəbərDünya

ABŞ Çindən idxal olunan mallara tarifləri artıra bilər

Amerika administrasiyası bir sıra Çin mallarının, o cümlədən elektron avtomobillərin idxalına gömrük rüsumlarının artırılmasını nəzərdən keçirir.

Bugun.tv xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, qərarın nə vaxt veriləcəyi məlum deyil. Ağ Ev və digər departamentlərin nümayəndələri hələ də bu məsələni müzakirə edirlər. Eyni zamanda, Birləşmiş Ştatlar Çindən strateji əhəmiyyət kəsb etməyən bəzi istehlak mallarına rüsumları azaltmaq barədə düşünür.

Hazırda Çindən idxal olunan elektrik avtomobillərinə 25 faiz tarif tətbiq edilir. Qəzet qeyd edir ki, tariflərin artırılması Amerika vətəndaşlarına ABŞ Prezidenti Co Baydenin Çinə qarşı sərt siyasət yürütdüyünü nümayiş etdirmək məqsədi daşıyır.

İntizar Əmirova

Oxşar xəbərlər

Antalya turizminin tacı Belek – Fotolar

Aynur Camal

Rəfah Sərhəd Qapısı bağlandığı üçün minə yaxın fələstinli uşaq şəhid olub

Aynur Camal

Beyin sağlamlığına təsir edən iki möcüzə: Curcumin və Piperin

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu