Image default
Dünya

ABŞ-də seçicilərin üçdə ikisi İranla müharibəni dəstəkləmir

Bugun.tv xəbər verir ki, ABŞ-də keçirilən ictimai rəy sorğusu amerikalı seçicilərin böyük əksəriyyətinin İranla mümkün müharibəyə qarşı olduğunu ortaya qoyub.

Amerikanın The New York Times qəzeti və Siena Poll araşdırma şirkətinin 11-15 may tarixlərində birgə keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 64 faizi ABŞ-nin İranla müharibəsini dəstəkləmədiyini bildirib.

Sorğuda müharibəyə dəstək verdiyini deyənlərin nisbəti isə cəmi 30 faiz olub.

Məlumata görə, müharibəyə qarşı olanların göstəricisi demokrat seçicilər arasında 93 faizə, müstəqil seçicilər arasında isə 73 faizə çatıb. Respublikaçılar arasında isə İranla müharibəyə qarşı olanların nisbəti 22 faiz təşkil edib.

Sorğunun nəticələri həmçinin ABŞ Prezidenti Donald Trump administrasiyasına dəstəyin də azaldığını göstərib.

Belə ki, Trampın ümumi ictimai dəstəyi ötən ayla müqayisədə 22 faiz azalaraq orta hesabla 37 faizə düşüb.

ABŞ prezidentinin iqtisadiyyatın idarə olunması sahəsində fəaliyyətinə dəstək 33 faiz, İsrail–Fələstin münaqişəsi ilə bağlı siyasətinə dəstək isə 31 faiz səviyyəsində qeydə alınıb.

Sorğunun nəticələrinin noyabr ayında keçiriləcək Konqres aralıq seçkiləri öncəsi ABŞ-də ictimai-siyasi əhval-ruhiyyəni əks etdirdiyi bildirilir.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ–İran danışıqları neft bazarında qiymətləri aşağı səviyyədə saxlayır

Aynur Camal

NATO sammiti öncəsi diqqətlər Ankaraya yönəldi

Aynur Camal

Rusiyanın gecə hücumları Ukraynada yeni itkilərə səbəb oldu, Kiyevdə matəm elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu