Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: WUF13 forumu Azərbaycanın qlobal mövqeyini daha da gücləndirir

Bugun.tv xəbər verir ki, millət vəkili və iqtisadçı Vüqar Bayramov sosial media hesabında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı paylaşım edib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev forumun açılış mərasimində çıxışı zamanı ölkənin şəhərsalma sahəsində əldə etdiyi uğurları diqqətə çatdırmaqla yanaşı, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində həyata keçirilən işlərə xüsusi toxunub.

Vüqar Bayramov qeyd edib ki, Bakının WUF13 forumuna ev sahibliyi etməsi Azərbaycanın növbəti qlobal uğuru hesab oluna bilər. Onun sözlərinə görə, 182 ölkədən 40 mindən artıq nümayəndənin qatıldığı tədbir iştirakçı sayına görə indiyədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumudur.

İqtisadçı vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında 30 illik Ermənistan işğalı dövründə tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələrinə xüsusi diqqət ayırıb.

Paylaşımda qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərə indiyədək dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayrılıb. Nəticədə artıq 85 minə yaxın vətəndaş həmin bölgələrdə yaşayır, çalışır və təhsil alır.

Vüqar Bayramov bildirib ki, hazırda 40-dan çox yaşayış məntəqəsində məskunlaşma həyata keçirilib. “Böyük Qayıdış” proqramı çərçivəsində 8 şəhərin Baş planı, 3 şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə şəhərsalma əsaslandırmaları təsdiqlənib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma standartlarına uyğun olaraq yaxın illərdə 200-ə yaxın şəhər, qəsəbə və kəndin bərpası və yenidən qurulması planlaşdırılır.

Deputat əlavə edib ki, həyata keçirilən layihələr yalnız Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi inkişafına və inteqrasiyasına töhfə verir. O vurğulayıb ki, Azərbaycan regionda yeni infrastruktur layihələri ilə sülh və inkişafın əsas təşəbbüskarlarından biri kimi çıxış edir.

Aynur Camal

Oxşar xəbərlər

Alimlər ipəkdən 6G rabitəsi üçün yeni material hazırlayıblar

Aynur Camal

Azərbaycanda yeni ixtira – “Velomobil” inklüziv şəhər nəqliyyatında yeni dövr açır!

Aynur Camal

Məhəmməd Əsədullazadə: Rusiya pasport siyasəti ilə qonşu ölkələrə təsir imkanlarını genişləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu