ABŞ-da keçirilən sorğuya görə, iştirakçıların 60 faizi prezident Donald Trampın xarici ölkələrlə ticarət danışıqlarındakı mövqeyini bəyənmədiyini bildirib. Sorğunun nəticələri üzə çıxarıb ki, respondentlərin 56 faizi ümumiyyətlə Trampın prezident administrasiyasını bəyənmir, 42 faizi isə bəyənir.
Associated Press (AP)-NORC İctimai Əlaqələr Araşdırma Mərkəzi tərəfindən 20-24 mart tarixlərində keçirilən sorğuya 1230 amerikalı böyüklər daxil olub.
İştirakçılar Trampın prezidentlik dövründəki davranışını, eləcə də qeyri-qanuni immiqrasiya, iqtisadiyyat, ticarət, Rusiya-Ukrayna müharibəsi və İsrail-Fələstin məsələsi kimi müxtəlif siyasətlərə münasibətini qiymətləndiriblər.
Müvafiq olaraq, iştirakçıların 49 faizi Trampın qeyri-qanuni immiqrasiya siyasətini dəstəklədiyini, 50 faizi isə dəstəkləmədiyini bildirib.
İştirakçıların 54 faizi Trampın İsrail-Fələstin məsələsi ilə bağlı mövqeyini bəyənmədiyini, 44 faizi isə bəyəndiyini bildirib.
Digər tərəfdən, müxtəlif ölkələr Trampın tarif qərarlarına reaksiya verərkən, iştirakçıların 60 faizi ABŞ prezidentinin digər ölkələrlə ticarət danışıqlarındakı mövqeyini bəyənmədiklərini, 38 faizi isə bəyəndiklərini ifadə edib. Bundan əlavə, iştirakçıların 56 faizi Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini dəstəkləmədiyini, 41 faizi isə dəstəklədiyini bildirib.
Sorğunun nəticələri üzə çıxarıb ki, respondentlərin 56 faizi ümumiyyətlə Trampın prezident administrasiyasını bəyənmir, 42 faizi isə bəyənir.
Mənbə: HurriYet