Baş xəbərDünya

ABŞ-da Fələstinə dəstək verməklə günahlandırılan 7 tələbənin iddiası düşürüldü

ABŞ-ın Miçiqan ştatında universitetlərdə Fələstinə dəstək nümayişləri zamanı polisə müdaxilə etməkdə və polisə müqavimət göstərməkdə ittiham olunan 7 tələbənin işinə xitam verilib.

Miçiqan Rayon Məhkəməsində bu gün keçiriləcək iclasdan əvvəl prokurorluq tələbələrə qarşı ittihamları ləğv edib.

Tələbələrdən birinin vəkili Amir Makdel cəmi iki dəqiqə davam edən məhkəmə iclasından sonra işin dayandırılmasından sonra açıqlama verərək, “Bugünkü qələbə təkcə bu 7 tələbənin deyil, ifadə azadlığı hüququna inanan hər kəsindir” deyib.

“Ancaq bu gün unutmamalıyıq ki, bu ölkədə hələ də araşdırmalarla üzləşən tələbələr var və Fələstində soyqırım hələ də davam edir. Bu gün biz güclü şəkildə ayağa qalxıb “Fələstinə azadlıq” deməliyik”, – Makdel deyib.

Tələbələrə dəstək olan ailələr və vətəndaşlar bu qərarı sevinc və alqışlarla qarşılayıblar.

Miçiqan Universitetinin tələbələri Oliver Kozler, Samantha Lewis, Henry MacKeen-Şapiro, Michael Mueller, Asad Siddiqui, Avi Tachna-Fram və Rhiannon Willow polisin universitetdəki Fələstin tərəfdarı düşərgəsini ötən ilin sentyabrında dağıtmasından sonra məmura müqavimət göstərməkdə ittiham olunub.

7 tələbənin hamısı onlara qarşı irəli sürülən ittihamları rədd edib.

Digər tərəfdən, tələbələrin vəkili Makled, ailəsi ilə birlikdə Dominikan Respublikasından tətildən qayıdarkən aprelin 6-da Detroit hava limanında Daxili Təhlükəsizlik Departamentinə bağlı Gömrük və Sərhəd Mühafizəsi (ICE) qrupları tərəfindən təxminən iki saat sorğu-sual edilib.

Makled, 2024-cü ildə Miçiqan Universitetində Fələstinə dəstək nümayişinə qatıldıqdan sonra saxlanılan tələbəni təmsil etdiyi üçün hədəf alındığını düşündüyünü söylədi.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Neft Daşlarında dalğanın hündürlüyü 2 metrə çatıb

Bugün TV

Rusiya: Ukrayna ABŞ-la razılaşmaya baxmayaraq hücumlarını davam etdirir

Aynur Camal

Maldiv adaları İsrail vətəndaşlarının ölkəyə girişini qadağan etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu