Hadisə nəticəsində 2 nəfərin həyatını itirdiyi, ən azı 6 nəfərin yaralandığı bildirilib. Səlahiyyətlilər hücumla əlaqədar bir şübhəlinin nəzarətə alındığını açıqlayıb. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım maşınları göndərilərkən, tələbələr və işçilər təxliyə edilib. ABŞ prezidenti Donald Tramp hücumdan sonra açıqlama verib…
Son xəbərlərə görə, ABŞ-ın Florida Dövlət Universitetinə silahlı hücum nəticəsində yaralananların olduğu bildirilir.
İlkin məlumatlara görə, Florida Dövlət Universitetinə hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.Tallahassee Memorial Healthcare rəsmiləri hücumdan sonra ən azı 6 yaralının xəstəxanaya aparıldığını açıqlayaraq, “Hadisə ilə əlaqədar xəstələri aktiv şəkildə qəbul edirik və bütün qruplarımız səfərbər olunur” deyib.
Şahidlər 15-20 atəş səsi eşitdiklərini bildiriblər. Hadisə şahidi bir gəncin universitetin Tələbə Birliyi binasından silahla çıxdığını və ətrafdakı insanların panika içində qaçdığını, çoxlu tələbənin yaxınlıqdakı kilsəyə sığındığını söyləyib.
TRAMP-DAN AÇIQLAMA
ABŞ prezidenti Donald Tramp hücumdan sonra verdiyi ilk açıqlamada “Bu cür hadisələrin baş verməsi utanc verici və dəhşətli bir şeydir. Bu barədə daha sonra deyəcəyimiz sözlər olacaq” deyib.
Florida qubernatoru Ron DeSantis sosial media hesabından verdiyi açıqlamada, “Dualarımız Florida Dövlət Universiteti ilədir. Əyalət hüquq-mühafizə orqanları fəal şəkildə müdaxilə edir” deyib.
Mənbə: TgrtHaber