İngiltərə, Entoni Holl, avtomobil, sərxoş sürücü, görmə qabiliyyəti, M6 yolu, məhkəmə, qeyri-adi hadisə
DünyaMaraqlı faktlar

ABŞ-da gündəlik həyatı çətinləşdirən əşyaların satıldığı mağaza açıldı

Bugun.tv xəbər verir ki, ABŞ-ın Sietl şəhərində köhnə mağaza gündəlik həyatı asanlaşdırmaq əvəzinə çətinləşdirən əşyaların nümayiş olunduğu “Inconvenience Store” adlı sənət məkanına çevrilib.

Şəhər mərkəzində yerləşən mağazada bir-birinə qəsdən dolaşdırılmış USB kabelləri, çips paketlərindən hazırlanmış çantalar və yumurta formasında mumdan düzəldilmiş şamlar da daxil olmaqla, onlarla qeyri-adi əşya nümayiş etdirilir.

Sərgilənən əşyalar arasında yeyilməsi mümkün olmayan saxta sosisli sendviçlər, qəlyanaltı formasında breloklar və eyni zamanda ölçü lenti kimi istifadə edilə bilən şam da var.

Mağazada nümayiş etdirilən məhsulların qiymətləri 1 dollardan 10 min dollara qədər dəyişir.

Bu qeyri-adi sənət məkanı gündəlik əşyaların funksiyasını dəyişdirərək ziyarətçilərə həm təəccüblü, həm də yumoristik təcrübə təqdim edir.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da kitabxanadan 132 il əvvəl götürülmüş jurnal geri qaytarıldı

Aynur Camal

78 yaşlı qadın Fortnite yayımları ilə Ginnesin rekordlar kitabına düşdü

Aynur Camal

Popkorn niyə çölə doğru açılır? Səbəbi təzyiq və buxardır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu