Yaponiya ikinci paytaxt, Tokio, ehtiyat paytaxt, Yaponiya siyasəti, ikinci inzibati mərkəz, Osaka, Fukuoka, təbii fəlakət
Dünya

Yaponiyada “ikinci paytaxt” olmaq uğrunda bölgələr arasında yarış başladı

Bugun.tv xəbər verir ki, Yaponiyada Tokio şəhərinin mümkün fəlakət zamanı inzibati funksiyalarını öz üzərinə götürəcək “ikinci paytaxt”ın müəyyənləşdirilməsini nəzərdə tutan qanunun qəbulundan sonra bölgələr arasında rəqabət güclənib.

Yeni qanun iyulun 24-də parlament tərəfindən qəbul edilib və oktyabrın sonunda qüvvəyə minəcək. Qanuna əsasən, əhali və iqtisadi göstəricilərlə bağlı müəyyən tələblərə cavab verən bölgələrin müraciəti əsasında baş nazir bir və ya bir neçə ehtiyat inzibati mərkəz müəyyən edə biləcək. Seçiləcək mərkəzlərə vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur.

Yaponiya ikinci paytaxt, Tokio, ehtiyat paytaxt, Yaponiya siyasəti, ikinci inzibati mərkəz, Osaka, Fukuoka, təbii fəlakət
Yaponiya ikinci paytaxt, Tokio, ehtiyat paytaxt, Yaponiya siyasəti, ikinci inzibati mərkəz, Osaka, Fukuoka, təbii fəlakət

Lakin ekspertlər prosesin meyarlarının kifayət qədər aydın olmadığını bildirirlər. Onların fikrincə, bu vəziyyət siyasi razılaşmaların seçimə təsir göstərməsi riskini artırır.

Kyodo agentliyinə danışan mütəxəssislər qanunun xüsusilə Osaka şəhərinə üstünlük vermək məqsədi ilə sürətlə qəbul edildiyi barədə tənqidləri də gündəmə gətiriblər. Osaka uzun müddətdir “ikinci paytaxt” ideyasını irəli sürən əsas namizədlərdən biridir.

Yaponiya ikinci paytaxt, Tokio, ehtiyat paytaxt, Yaponiya siyasəti, ikinci inzibati mərkəz, Osaka, Fukuoka, təbii fəlakət
Yaponiya ikinci paytaxt, Tokio, ehtiyat paytaxt, Yaponiya siyasəti, ikinci inzibati mərkəz, Osaka, Fukuoka, təbii fəlakət

Bununla yanaşı, Fukuoka, Hokkaydo və Hiroşima kimi bölgələr də namizədliyə maraq göstərir. Aichi sənaye potensialını, Qunma isə təbii fəlakət riskinin nisbətən aşağı olmasını və Tokioya nəqliyyat əlçatanlığını önə çəkir.

Ekspertlər bildirirlər ki, fövqəladə hallarda Tokionun inzibati funksiyalarını əvəz edəcək mərkəzlə iqtisadi artımın əsas dayağı olacaq sənaye mərkəzinin tələbləri eyni deyil. Onların fikrincə, seçim meyarları dəqiq müəyyənləşdirilməsə, layihə regional bərabərsizliyi azaltmaq əvəzinə daha da dərinləşdirə bilər.

Yaponiya ikinci paytaxt, Tokio, ehtiyat paytaxt, Yaponiya siyasəti, ikinci inzibati mərkəz, Osaka, Fukuoka, təbii fəlakət
Yaponiya, ikinci paytaxt

Mənbə: En Son Haber

Aynur Camal

Oxşar xəbərlər

“Bu səfər də uşaqların çərpələnglərinə göz dikdilər”

Aynur Camal

Maradonanın “Tanrının əli” topu 3,3 milyon dollara satıldı

Aynur Camal

Ağ şəkər zərərlidirmi? Dietoloq həqiqəti açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu