6 C
Baku
18 Yanvar 2026, 17:38
Baş xəbərDünya

ABŞ-da şəhərin ortasında silahlı hücum! Çoxlu ölü və yaralı var

ABŞ-ın Florida ştatının Orlando şəhərinin mərkəzində atışma çaxnaşması yaşanıb. Təcili xidmət bölməsinə gələn xəbərin ardından hadisə yerinə çoxlu sayda polis qrupları göndərilib. Yerli mətbuatın məlumatına görə, hücum nəticəsində birdən çox adam güllələnib. Hələlik rəsmi açıqlama verilməyib.

ABŞ-ın Florida ştatının Orlando şəhər mərkəzində silahlı hücum xəbərinin ardınca hadisə yerinə çoxlu sayda polis qrupları göndərilib. Yerli mətbuatın məlumatına görə, hadisə zamanı birdən çox adamın güllələndiyi bildirilir.

Polis mənbələrindən əldə edilən məlumata görə, yerli vaxtla saat 01:00-dan dərhal sonra təcili çağırış mərkəzinə edilən məlumatda şəhərin mərkəzində silah səslərinin eşidildiyi və çox sayda insanın güllələndiyi bildirilib.

Orlando Polis İdarəsi X sosial media platformasında açıqlama verib və hadisəni “kritik bir hadisə” kimi qiymətləndirib. Polis “Silahlı hücumla bağlı araşdırma aparırıq. Biz hələ də məlumat toplayır və şahidlərlə dindiririk” deyib.

Yaralıların vəziyyəti və hücum edənin kimliyi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, istintaq davam edir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Bakıda İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi rəsmi təqdimatını keçirdi

Aynur Camal

Azərbaycan “Mastercard”la tranzit daşımaları üzrə əməkdaşlığı müzakirə edib

Aynur Camal

Azərbaycan – BMT arasında WUF13 forumuna dair mühüm saziş imzalandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu