Dünya

ABŞ-da süni intellekt müəllim robotunun istifadəsi etirazlardan sonra dayandırıldı

Bugun.tv xəbər verir ki, ABŞ-ın Nyu-York ştatında məktəbdə humanoid süni intellekt robotunun müəllim köməkçisi kimi istifadəsi planı valideynlərin, müəllimlərin və dövlət təhsil rəsmilərinin etirazlarından sonra müvəqqəti dayandırılıb.

Salamanka şəhərindəki məktəb dairəsi təhsil prosesində “Sally” adlı humanoid robotdan istifadə etməyi planlaşdırırdı. Təxminən 60 min dollara alınan robotun əsas məqsədi şagirdlərə robot texnologiyaları, proqramlaşdırma və STEM dərslərində kömək etmək idi.

Lakin layihə ictimaiyyət arasında narazılıq yaradıb. Valideynlər şagird məlumatlarının qorunması, süni intellektin uşaqlarla münasibəti və gələcəkdə müəllimlərin roluna təsiri ilə bağlı narahatlıqlarını bildiriblər. Müəllimlər həmçinin məktəblərdə əsas əlaqənin insan və şagird arasında qalmalı olduğunu vurğulayıblar.

Məktəb rəhbərliyi bildirib ki, robot müəllimləri əvəz etmək üçün deyil, onların işinə dəstək məqsədilə istifadə olunmalıdır. Robotun şəxsi məlumat toplamaması və internetə sərbəst çıxışının olmaması da qeyd edilib. Layihə hazırda əlavə təhlükəsizlik yoxlamaları və ictimai müzakirələr aparılana qədər təxirə salınıb.

Mənbə:  AP News

Aynur Camal

Oxşar xəbərlər

Həyat yoldaşının zirzəmi arzusu 23 ildə möhtəşəm yeraltı şəhərə çevrildi

Aynur Camal

CNN: Çində gənclər artıq loqolu brendlər deyil, “mənəvi lüks” axtarırlar

Aynur Camal

Avropada meşə yanğınlarının söndürülməsi üçün cəmi bir neçə gün vaxt qalır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu