Texnologiya

ABŞ-da Tesla Otopilot sistemi ilə hərəkət edən avtomobil yenə ölümlə səbəb oldu

Bugun.tv xəbər verir ki, ABŞ-ın Texas ştatında Tesla Model 3 markalı avtomobilin avtopilot rejimində hərəkət edərkən yaşayış evinə çırpılması nəticəsində 76 yaşlı qadın həyatını itirib.

Məlumata görə, hadisə Hyuston şəhərindən təxminən 48 kilometr qərbdə yerləşən Keti şəhərində baş verib. Avtomobili idarə edən Maykl Batler cümə günü axşam saatlarında aktiv edilmiş sürücüyə yardım sistemi ilə hərəkətdə olub. İstintaq materiallarında sürücünün hərəkət zolağında qala bilmədiyi, yoldan çıxaraq yaşayış evinə çırpıldığı bildirilir.

Qəza nəticəsində evdə olan 76 yaşlı Marta Avila ağır xəsarətlər alıb. O, helikopterlə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hüquq-mühafizə orqanları sürücünün alkoqol və ya narkotik vasitələrin təsiri altında olmadığına dair ilkin nəticələrin əldə edildiyini açıqlayıb. Avtomobilin hadisə zamanı hansı sürətlə hərəkət etdiyi isə hələ müəyyən edilməyib.

Qeyd edək ki, bu, Tesla-nın avtopilot sistemi ilə əlaqələndirilən ilk ölüm hadisəsi deyil. Daha əvvəl də şirkətin sürücüyə yardım texnologiyası ilə bağlı ölümcül qəzalar qeydə alınıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Volkswagen-in əsas səhmdarları şirkətdə təcili islahat tələb edir

Aynur Camal

Çində dünyanın ilk “Robot 6S” mərkəzi istifadəyə verildi

Aynur Camal

Anthropic: Claude süni intellekti təhlükəsizlik sınaqları zamanı üç şirkətin sisteminə icazəsiz daxil olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu