Image default
Səhiyyə

İlk yerli “VELOMOBİL” beynəlxalq forumda təqdim olundu

Azərbaycanda inklüziv şəhər mobilliyinin inkişafına yönəlmiş mühüm innovativ layihələrdən biri olan yerli istehsal “VELOMOBİL” ilk dəfə beynəlxalq səviyyədə təqdim edilib.

Bugun.tv xəbər verir ki, əlilliyi olan şəxslər üçün hazırlanmış ilk elektrik nəqliyyat vasitəsi BMT-nin Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum – WUF13) çərçivəsində nümayiş olunub.

Təqdimat zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi, dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri layihə ilə yaxından tanış olaraq onun innovativ və sosial əhəmiyyətini yüksək qiymətləndiriblər.

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İctimai Birliyinin sədri Firuzə Babayeva və layihənin rəhbəri Cavid Rəhimov tərəfindən “VELOMOBİL”in texniki xüsusiyyətləri, funksional imkanları və idarəetmə qaydaları təqdim olunub. Bildirilib ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin təhlükəsiz, müstəqil və rahat hərəkət imkanlarını genişləndirmək, eyni zamanda Azərbaycanda yerli mühəndislik və innovasiya potensialının inkişafına töhfə verməkdir.

Elektrik mühərriki ilə çalışan “VELOMOBİL” ekoloji cəhətdən təmiz, enerji səmərəliliyi ilə seçilən və şəhər mühitində təhlükəsiz hərəkət üçün uyğunlaşdırılmış nəqliyyat vasitəsidir. Layihə həm yaşıl texnologiyaların tətbiqi, həm də inklüziv şəhər mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Layihə çərçivəsində “VELOMOBİL”in beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması, texniki imkanlarının daha da təkmilləşdirilməsi, seriyalı istehsalının təşkili və xarici bazarlara çıxarılması istiqamətində işlərin davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, “VELOMOBİL” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir və ölkədə inklüziv şəhər mobilliyi, yaşıl texnologiyalar və sosial innovasiyalar sahəsində reallaşdırılan ilk milli mühəndislik təşəbbüslərindən biri hesab olunur.

Aynur Camal

Oxşar xəbərlər

Acı bibərin həddindən artıq istifadəsi qida borusu xərçəngi riskini artıra bilər – yeni araşdırma

Aynur Camal

Həkimlər xəbərdarlıq edir: Asqırığı saxlamaq qulaq və boğaza zərər verə bilər

Aynur Camal

Həkim xəbərdarlıq edir: Cəmi bir gecə yuxusuz qalmaq beyinə zərər verə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu