Dünya

ABŞ-da uçuş qaydalarında dəyişiklik: Tibbi məqsədli marixuanaya icazə verildi

Bugun.tv xəbər verir ki, ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (TSA) tibbi məqsədlə istifadə olunan marixuananın kommersiya uçuşlarında daşınmasına müəyyən şərtlərlə icazə verib.

Məlumata görə, ABŞ-da tibbi marixuana istifadəsi 40 ştat və Kolumbiya Dairəsində qanuni olsa da, hava limanları federal qanunlara tabe olduğundan bu maddə indiyədək qadağan olunmuş nəzarətli maddələr siyahısında qalırdı.

Yeni qaydalara əsasən, həkim resepti olan tibbi marixuana məhsulları sərnişinlər tərəfindən həm əl yükündə, həm də qeydiyyata verilən baqajda daşına biləcək.

Bununla belə, Nəqliyyat Təhlükəsizliyi İdarəsi  vurğulayıb ki, bu qərar marixuananın tam sərbəstləşdirilməsi anlamına gəlmir.

Qurumun açıqlamasında qeyd olunub ki, əsas məqsəd narkotik axtarışı deyil, uçuş təhlükəsizliyinin təmin edilməsidir. TSA əməkdaşları daşınan məhsulların təhlükəsizlik baxımından risk yaradıb-yaratmadığını yoxlayacaq.

Yenilənmiş qaydalarda bildirilib ki, təhlükəsizlik yoxlaması zamanı qanunsuz maddə və ya cinayət fəaliyyəti ilə bağlı hər hansı sübut aşkarlanarsa, məsələ hüquq-mühafizə orqanlarına ötürüləcək.

Ekspertlər hesab edir ki, bu dəyişiklik tibbi marixuanadan istifadə edən sərnişinlərin səyahətini asanlaşdıracaq və hava nəqliyyatında yeni hüquqi yanaşmanın başlanğıcı ola bilər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

G7 enerji qiymətlərini azaltmaq üçün 100 milyon barel neft ehtiyatını bazara çıxaracaq

Aynur Camal

BMT Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün təcili addımlar atmağa çağırdı

Aynur Camal

İtaliya Aİ-nin Qırmızı dənizdəki missiyasının kifayət etmədiyini bildirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu