Digər

ABŞ hökuməti kosmik tullantılara görə cərimələməyə başladı

Bugun.tv xəbər verir ki, ABŞ hökuməti Amerika şirkətlərini kosmik tullantılara görə cərimələməyə başlayıb. Bu barədə ekspertlər Robert Pirson, Harrison Şriburi və Covanni Zanaldanın SpaceNews-un səhifələrindəki məqaləsində deyilib.

Müəlliflər yazır ki, oktyabrın 2-də Birləşmiş Ştatların Federal Rabitə Komissiyası kosmos tullantılarına görə tarixdə ilk dəfə cərimə tətbiq edərək, ABŞ televiziya provayderi Dish-ə peyklərindən birini təhlükəsiz orbitə çıxara bilmədiyi üçün 150 min dollar ödəməyi əmr edib. Həmin gün şirkətin səhmlərinin qiyməti təxminən 4 faiz (100 milyon dollar) ucuzlaşıb.

Sonra noyabrın 1-də ikinci cəhddə ABŞ Senatı yekdilliklə Orbital Sabitlik Aktını qəbul etdi ki, bu da peyklər üçün təhlükə yarada biləcək ümumi kütləsi təxminən 8000 ton olan 900.000 min ədəd kosmik zibilin çıxarılması texnologiyalarına dəstək verib.

Fevral ayında Astroscale Japan elan etdi ki, Astroscale tərəfindən Aktiv Dağıntıların Təmizlənməsi – Yaponiya (ADRAS-J) peyki kosmik zibilləri öyrənmək üçün nəzərdə tutulub. Kosmik gəminin missiyası H2A raketinin işlənmiş yuxarı mərhələsinə yaxınlaşmaq. Onun səthinin fotoşəkilini çəkməkdir.

Mənbə lenta.ru

Kəmalə Sultan

Oxşar xəbərlər

Türkcə Yetərlik İmtahanına müraciətlər davam edir

Nigar Məmmədova

Qanunsuz saxlanılan odlu silahlar təhvil verildi

Kəmalə Sultan

Polis LGBT əyləncəsindən sonra bara baxış keçirdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu